Azedu.az

İlk “Şagird Parlamenti”nin qurucusu – FOTO

13 Aprel 2019, 12:07
İlk “Şagird Parlamenti”nin qurucusu – FOTO

Gənclərə dəstək hər bir vətəndaşın borcudur. Çünki bir gəncə dəstək olmaq parlaq gələcəyə sahib olmaq deməkdir. Dövlətin gənclərə dəstək və diqqəti isə Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini daha da artırıb. Belə gənclərimizdən biri də Teymur Əliyevdir.

AzEdu.az xəbər verir ki, hələ uşaq yaşlarından öz istedadı və bacarığı ilə seçilməyi bacaran Teymur Respublikada İlk “Şagird Parlamenti"nin qurucusu və sədri olub.

Teymur Ayaz oğlu Əliyev 18 aprel 1994 –cü ildə Gədəbəy rayonunda anadan olub. Əslən Göyçə mahalı Krasnoselo rayonu Toxluca kəndindəndir. 2000-2011-ci illərdə Gəncə şəhəri 26 saylı orta məktəbi fərqlənmə ilə bitirib. 4 dəfə Azərbaycan Tarixi fənnindən Olimpiya qalibi olub. 2011-ci ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarə etmə fakültəsinə qəbul olub. 2012-2015-ci illərdə Universitetdə TGT sədri, eyni zamanda rektor müşavirinin köməkçisi vəzifələrində işləyib. 2012-ci il Gəncə Tədrisin İnkişafı Mərkəzi Hazırlıq kursunun əsasını qoyaraq 2016-cı ilədək həmin müəssisəyə rəhbərlik edib. 2012-ci il İtaliyada Beynəlxalq İqtisadiyatçıların konfransında Azərbaycanı təmsil edib, Fərqlənmə sertifikatı ilə ölkəyə qayıdıb. 2013-2015-c illərdə Moldova, Rusiya, Türkiyə, Kipr, Gürcüstanda Gənclər proqramı çərçivəsində Azərbaycanı təmsil edib. Beynəlxalq konfranslarda və seminarlarda iştirak edib. 2014-cü il fevralın 14-dən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin Gəncə resurs Mərkəzinə sədr müavini təyin olunub. 2013-cü ildən Prezident İlham Əliyevə dəstək üçün yaradılmış “Gələcəyə Baxış İctimai Hərakat”ına Qərb regionu üzrə rəhbərlik edib. 2016-cı il hərbi xidmətdə olduğu müddətdə 32 təşəkkür, 5 diplom, 3 fəxri fərman, Sərhədçi döş nişanı və Çavuş rütbəsi ilə təltif olunan bu gənc 2017-ci ilin avqust ayından Bakı şəhərində fəaliyyət görsədən Global Kariyera İnistitunun İcracı Direktoru vəzifəsində çalışıb.

Nəhayət, 2018-ci il may ayında Gəncə şəhər İcra Hakimiyətinin Başçısının sərancamı ilə İctimai siyasi və Humanitar məsələlər şöbəsinə Baş Məsləhətçi vəzifəsinə təyin olunub. 2018-ci ilin sentyabr ayında YAP ərazi ilk partiya təşkilatlarının sədri seçilib. 2019-cu ilin yanvarın 8-dən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının I sahə üzrə Nümayəndə müavini təyin edilib. 11 aprel 2019-cu ildə Gəncə Şəhər İcra Başçısı Niyazi Bayramovun əmri ilə Kiçik dövlət qulluqçusu dərəcəsinə sahib olub.

Qeyd edək ki, Teymur Əliyev gənc yaşında 232 yerli, 57 beynəlxalq layihənin rəhbəri olub.

Psixoloq Aytən Ələkbərova gənci təbrik edib, ona uğurlar arzulayıb. 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox