Azedu.az

Nazirlik döyüldüyü deyilən şagirdlə bağlı məlumat yaydı - “Sağlamlığı ilə bağlı problem yoxdur”

12 Aprel 2019, 13:33
Nazirlik döyüldüyü deyilən şagirdlə bağlı məlumat yaydı - “Sağlamlığı ilə bağlı problem yoxdur”

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Bakının Qaradağ rayonunda yerləşən 321 nömrəli tam orta məktəbin şagirdi, bu gün müəllimi tərəfindən döyüldüyü deyilən Aqşin Hüseynzadəyə baş çəkib.

AzEdu.az xəbər verir ki, bu barədə C. Valehov özünün "Facebook" səhifəsində məlumat yayıb.

O bildirib ki, hazırda A. Hüseynzadə evlərinə gedir:

"Həkimlərin rəyinə görə, sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək".

Qeyd edək ki, bu gün Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox