Azedu.az

“Ölən məktəblinin videosu mediada yayılmamalı, onu izləyən şagirdlər araşdırılmalıdır” –Həyəcan siqnalı  

10 Aprel 2019, 13:04
“Ölən məktəblinin videosu mediada yayılmamalı, onu izləyən şagirdlər araşdırılmalıdır” –Həyəcan siqnalı  

Aprelin 4-də Bakı şəhər Səbail rayonu Etibar Əliyev adına 162 saylı orta məktəbin VIII sinif şagirdi Elina Hacıyevanın intiharı  mediada kifayət qədər müzakirə olundu. Hazırda isə məktəblinin intihar anlarını əks etdirən video sosial şəbəkələri silkələməkdədir.

“Aşağı siniflərdə video haqda çox da danışmırlar. Amma yuxarı sinif şagirdləri arasında əməlli-başlı müzakirə mövzusuna çevrilib. Uşaqlar videonu bir-birilərinə göstərib, deyirlər ki, “videosu da yayıldı, gəlin baxaq”. Həssas uşaqlar isə izləyir, üzlərini tutub qaçırlar”.

AzEdu.az xəbər verir ki, gənc müəllim Şəbnəm Cəbrayıl məsələ barədə həm bir müəllim, həm də valideyn kimi düşünür. Videonun bu şəkildə yayımlanmasınaisə münasibətiçox pisdir:

“Uşaqların xüsusi psixologiyası var. Bunu özlərinə örnək götürə bilərlər. Bir yeniyetmənin intihar videosunu paylaşmaq  jurnalistlərə yaraşmır. Təəssüf edirəm! Müəllimlik bir yana, valideyn kimi də çox narahatam. Qızımın videonu izləməsini istəmirəm. Məlumat yayılıb, artıq hamı məsələni bilir. O qədər narahat oldum ki, bir müddət qızımı əlinə telefon almağa qoymadım. İstəmirəm ki, sosial şəbəkələrdə o videonu görsün. Bu, onun psixologiyasına ciddi təsir edə bilər. Adi kiçik anlaşılmazlıqda belə intiharı yeganə çıxış yolu kimi görə bilər.

Ümumiyyətlə, aşağı siniflərdə video haqda çox da danışmırlar. Amma yuxarı sinif şagirdləri arasında əməlli-başlı müzakirə mövzusuna çevrilib. Uşaqlar videonu bir-birilərinə göstərib, deyirlər ki, “videosu da yayıldı, gəlin baxaq”. Həssas uşaqlar isə izləyir, qorxaraq üzlərini tutub qaçırlar”.

“Bu tip videolar intihar və ölümü uşaqlar üçün adiləşdirəcək”

Psixoloq Günel Əliyeva isə düşünür ki, intihar görüntülərinin yayımlanması mütləq dayandırılmalıdır. Çünki intihar videonu izləyən uşaqlara çıxış yolu kimi görünə bilər:

“Belə getsə, bu, onların motivasiya proqramı olacaq.

Şagirdlərin  videoya reaksiyası isə yaş qruplarına görə fərqlənir. Azyaşlılar başqa, böyüklər isə tamam fərqli  reaksiya verə bilərlər.Video kiçikyaşlı uşaqlarda daxili fobiya, qorxu yarada bilər. Həyatlarında belə bir prosesin baş verəcəyi barədə qorxuya düşə bilərlər.

Yeniyetmələri isə video bu istiqamətə yönəldə bilər. Çünki onlar valideynləri, ətraf şəxslərin basqısına məruz qalır, problem yaşayırlar. Bu, həmin yeniyetmələrə çıxış yolu kimi görünə bilər. Bu tip videolar intihar və ölümü uşaqlar üçün adiləşdirəcək. Buna ən asan çıxış yolu kimi baxacaqlar. Ona görə də hərəkətə keçib,bunun qarşısını almalıdırlar.

Aqressiya və  şiddətə meyillilik uşaqların fərdi xarakterik xüsusiyyətləri ilə bağlıdır. Onları cəmləyib ümumi bir nəticə çıxarmaq düzgün deyil. Amma video da bu aqressiyanı kəskinləşdirə bilər. Qısası, o görüntülərbütün uşaqlar üçün psixoloji travmadır və qarşısı alınmalıdır”.

“Videonu izləmiş məktəblilər araşdırılmalıdır”

Psixoloq artıq videonu izləyən şagirdlərin həyatının təhlükədə olduğunu əsas gətirərək, onlar üçün xüsusi tədbir görülməli olduğunu bildirib:

“Valideyn və müəllimlər bu videonu izləmiş məktəblilərlə xüsusilə maraqlanmalıdırlar. Çünki onlar artıq bu reaksiyanı veriblər və şüuraltlarına intihar yeridilib. Həmin uşaqlar mütləq araşdırılmalıdır”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqda məktəblinin intiharı ilə bağlı açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox