Azedu.az

Azyaşlılardan uğurlu şagird hazırlayan xüsusi metodlar – Valideyn və müəllimlərin diqqətinə

10 Aprel 2019, 12:04
Azyaşlılardan uğurlu şagird hazırlayan xüsusi metodlar – Valideyn və müəllimlərin diqqətinə

Məktəbəqəbul üçün elektron sistem vasitəsilə qeydiyyat davam edir. Proses zamanı məktəbəhazırlıq qruplarında təhsil almış uşaqlar üçün xüsusi üstünlüklərin olması bu qruplara tələbatı daha da artırır.

Hazırlıq qruplarında təhsil alanlar məktəbə adaptasiya baxımından da digərlərindənfərqlənirlər.

Bəs, hazırlıq qruplarında uşaqların gələcəkdə məktəbə asanlıqla adaptasiya olması üçün nə kimi işlər görülməlidir?

UNİCEF və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən hazırlanan Məktəbəhazırlıq qruplarında işin təşkili metodikasında bu proses izah olunub.

Burada qeyd olunanlara əsasən, şagirdin məktəbə adaptasiyası onun müəllimi ilə bərabər, valideynindən də asılıdır. Metodikada bunun üçün məktəbəhazırlıq müəllimlərinə göstərişlər də yer alıb.

AzEdu.az həmin tövsiyələri təqdim edir:

-Uşağın nəticələrini qətiyyən müəyyən standart göstəricilərvə ya daha uğurlu azyaşlının nailiyyətləri ilə müqayisəetməyin. Onun göstəriciləriniyalnız öz qazandığı uğurlarla müqayisə etmək olar. Əgər uşaq  dünən 3, bu gün isə 2 səhv edibsə, bunu mütləq uğur kimi qiymətləndirmək lazımdır;

-Səmimi dəstək vəözünəinamın yaradılması uşağın nailiyyət qazanmasına yardım edən mühüm amillərdir;

-Valideyn və müəllimlərin şagirddən nailiyyət gözləməsi normaldır. Amma bu zaman kifayət qədərsəbrlidavranmalıdırlar.Çünki uşaq həddindən artıq yüksək tələblər qarşılığında onların öhdəsindən gələ bilməyəcəyini düşünüb, həyəcanlanır;

-Böyüklər uşağa onu aldığı qiymətlərə görə deyil, şəxsiyyətinə görəsevdiklərini hiss etdirməlidirlər. Qoyulan yüksək tələblər və artan təzyiq şagirdin davranışında aqressiyaya yol aça bilər.Bu hallar azyaşlının həyatındakı diqqət və sevginin azlığındanəmələ gəlir;

-Böyüklər uşaqların məktəbə qədəm qoymalarının ilk dövründəqarşılaşdıqlarıçətinlikləri öyrənib, onlara yardım etməyə çalışmalıdırlar;

-Məktəbə gedərkən uşaqda daxili şagird mövqeyi formalaşmağa başlayır. Onlar tamamilə yeni fəaliyyət növlərinə yiyələnirlər. Yeni qaydalarla tanış olub, riayət etməyi öyrənməlidirlər. Uşaq artıq  bundan sonra qiymətləndiriləcəyini bilir. Beləcə, onun orqanizmində yükləmələr artır. Bütün bu amillər şagirddə həyəcan, narahatlıq və stressin yaranmasına səbəb olur;

-Məktəbəqədər müəssisələrə getməyən uşaqların məktəbə uyğunlaşması daha çətindir. Onların uyğunlaşma dövrünü yüngülləşdirmək üçün müəllimlər oyun şəklində xüsusi məşğələlərkeçməlidirlər.

Çünki oyun bu yaş dövründəinsanın bütün sonrakı həyatı boyu lazım olan fiziki və psixi inkişafını təmin edir. Azyaşlıya gələcəkdə lazım olacaq düşünmək, ünsiyyətə girmək, davranışı idarəedə bilmək, ətraf aləmi qavramaq və s. keyfiyyətlərinin əsası məktəbəqədər yaş dövründəoyun prosesində qoyulur. Bu, onlar üçün ətraf mühiti dərk etmək vasitələrindən biridir. Buna görə də məktəbəhazırlıq keçənlər həmyaşıdları ilə müqayisədə mühitə daha tezuyğunlaşır, özlərinə  rahatlıqla dost tapa bilirlər.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox