Azedu.az

“Gündəliyində “5” göstər, hədiyyə qazan” –Dükançıdan maraqlı jest-Bakıda  

9 Aprel 2019, 14:28
“Gündəliyində “5” göstər, hədiyyə qazan” –Dükançıdan maraqlı jest-Bakıda  

Əvvəllər bütün günü küçədə oynayan uşaqlarinda evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın.

Paytaxt sakini Qəşəm Niftəliyev Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyindəki marketində məktəblilər üçün maraqlı aksiya başladıb.

O, gündəliyindəki “5” qiymətini göstərən şagirdlərə dəftər, qələm, kökə və s. həvəsləndirici hədiyyələr təqdim edir:

 ““5” alan şagirdin yanında başqa bir şagird olanda iki hədiyyə verirəm ki, o da görüb həvəslənsin. Həqiqətəndəeləolur. Səhərigünhəminuşaqdagündəliyindəki “5”-i göstəribhədiyyəqazanır”.

Q.Niftəliyev bildirib ki, məqsədi şagirdlər arasında təhsil sahəsində rəqabəti artırmaqdır:

 “Əvvəllər bütün günü küçədə oynayan uşaqlar indi evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın. Düzdür, oxuyanuşaqonsuzdaoxuyur, ammatəhsildənuzaqdüşənuşaqlarindixeylihəvəslənib”.

O, hətta rüb sonunda əlaçı çıxanlar və universitetə qəbul olanlar üçün daha böyük hədiyyələr hazırladığını deyir:

 “Fikirləşirəm ki, rübün sonunda əlaçı seçilənlərə və universitetə qəbul olanlara daha böyük hədiyyələr hazırlayım. Həmçininşərəflövhəsinəvurulmuşfotosunugöstərənlərədəhədiyyəverməyidüşünürəm. Onlarınməktəbə, dərsəhəvələnməsiüçünəlimdəngələniedirəm. Bəzənayrı-seçkilikolmasındeyəbizimmarketdənalış-verişetməyənşəxslərindəuşaqlarınahədiyyəverirəm”.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox