Azedu.az

Gəncədə iki məktəbli bacı itkin düşüb

8 Aprel 2019, 22:28
Gəncədə iki məktəbli bacı itkin düşüb

Gəncədə 14 və 9 yaşlı iki qız uşağı itkin düşüb.  AzEdu.az  “Trend”ə istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti 237, bina 3-də baş verib.

Həmin binada yaşayan 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox