Azedu.az

Fədakar “nənələrin” tikdirdiyi qeyri-adi məktəblər – Onlar 10.000 şagirdə yardım ediblər

Məktəblər

Maraqlı

Araşdırma

11 Aprel 2018, 17:22
Fədakar “nənələrin” tikdirdiyi qeyri-adi məktəblər – Onlar 10.000 şagirdə yardım ediblər

 

 

AzEDU.az xarici mediaya istinadən xəbər verir ki, İstanbulda yaşayan yaşlı qadınlar “Nənələr qrupu” adlı təşkilat yaradıblar. 

Onlar 200-dən çox məktəbdə 10 000 şagirdə təhsilləri ilə bağlı kömək ediblər. Oyuncaq, dərs ləvazimatları, toxunma geyimlər toplayaraq işə başlayan qrupa 7 500 nəfər dəstək olub. Yaşlı qadınlar bununla kifayətlənməyib Bitlis və Mardində 100 şagirdin təhsil aldığı iki məktəb tikdiriblər.

Hazırda isə hədəfləri “Təhsil kəndi” yaratmaqdır. Üç il öncə “günəş bir ümiddir” sloqanı ilə işə başlayan qrupun bu gün sosial şəbəkələrdə on min izləyicisi var. Hər şey təşkilatçı Billur Güvənin qonşusuna müraciəti ilə başlayıb. Daha sonra isə digər tanışlar da onlara qoşulub. Ucqar kənd müəllimlərindən onlara müraciət edənlər, kömək istəyənlər də olub. Qrup 50 yaşdan yuxarı qadınlardan ibarətdir.

Lamiyə Süleymanlı

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox