Azedu.az

Nazirlik sağlamlıq imkanı məhdud şagirdlərdən imtahan götürdü

6 Aprel 2019, 16:10
Nazirlik sağlamlıq imkanı məhdud şagirdlərdən imtahan götürdü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bir sıra peşələr üzrə hazırlıq kurslarını yeni bitirən gənclərin yiyələndikləri bilik və bacarıqların qiymətləndirilməsi üçün növbəti imtahan keçirilib.

AzEdu.az  xəbər verir ki, gənclərin xalçaçılıq, tikiş, ağac üzərində oyma, rəssamlıq, montajçı-operator, aşbaz köməkçisi və s. peşələr üzrə kurslarda əldə etdikləri bilik və bacarıqlar yoxlanılıb. İmtahanı uğurla keçən 28 gəncə peşə şəhadətnamələri təqdim olunub. Ayrı-ayrı gənclərin isə peşə hazırlığının bir ay uzadılması qərara alınıb.

Ötən dövrdə Peşə Reabilitasiya Mərkəzinə ölkəmizin bütün bölgələri üzrə 1650-dək gənc qəbul edilib. Müəssisədə olduqları təlim müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər.Hazırda burada 100-dən çox gənc peşə təlimindədir.

 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox