Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
AzEdu.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Heydər Əliyev Mərkəzində keçirilən "Fərqli Fərdlər" 1-ci Xüsusi qayğıya ehtiyacı olan uşaqlar konqresində çıxışı zamanı deyib.
H.Hüseynova bildirib ki, Azərbaycan Prezidenti tərəfindən aparılan uğurlu siyasət nəticəsində bu gün uşaq hüquqları sahəsində əsaslı nailiyyətlər əldə olunub: "Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində çox güclü qanunvericilik bazası mövcuddur".
H.Hüseynova, həmçinin bir sıra müəssisələrin adlarında "sağlamlıq imkanları məhdud" sözlərinin dəyişdirilməsini təklif edib: "Sağlamlıq imkanları məhdud" sözlərinin yazılması oradakı uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problem yarada bilər. Bu ad sanki bir damğa təsiri bağışlayır. Belə adlara yenidən baxılması yaxşı olardı". (trend)