Azedu.az

“Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərslik hazırlanır” - Komitə Sədri    

Məktəblər

Maraqlı

3 Aprel 2019, 17:00
“Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərslik hazırlanır” - Komitə Sədri    

“Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi olaraq “Azərbaycan dili və ədəbiyyatı” dərsliyi hazırlanır”.

AzEdu.az “Report”a istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Dmanisi rayonunda yerli azərbaycanlılarla görüşü zamanı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, dərslik Azərbaycandan kənarda yaşayan soydaşlaraımız üçün çox vacibdir: “Dərsliyin yaxın zamanlarda təqdimtaı keçiriləcək. Gürcüstan azərbaycanlıları bu dərslikdən istəsələr, onlar üçün də həmin dərsliklər göndəriləcək”.

F.Muradov qeyd edib ki, məşğələlər və ədəbi əsərlərin yer aldığı dərsliyin hazırlanmasında xarici ölkələrin təcrübəsindən istifadə olunub. 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox