I sinfə elektron sistem vasitəsilə qəbul davam edir. Sistem istifadəçini addımbaaddım izləsə də, yaranan suallar bitmək bilmir.
AzEdu.az ən çox verilən sualların cavabını təqdim edir:
Sual:
Övladımı yaşadığım ərazidə qeydiyyatdan keçirdim. Yay aylarında yaşadığım ərazini dəyişsəm, övladımın məktəbini dəyişə biləcəm?
Cavab:
Bəli. Amma yayşayış yerinizi dəyişdikdən sonra sistemə daxil olmalı, sorğunu ləğv edərək yenidən istədiyiniz məktəbə sorğu yerləşdirməlisiniz. Təbii ki, əgər ərizəni çap edərək məktəbə təqdim etməmisinizsə.
Qeyd edək ki, valideyn daimi yaşayış yerini dəyişdikdən sonra yeni yaşayış yerinə yaxın ərazidə olan və olmayan məktəblərə sorğu yerləşdirə bilər. Məktəb üstünlük hüququ əsasında qəbul apardıqda valideyn müəyyən edilmiş ərazisində yaşadığı məktəblərə müraciət edə bilər. Üstünlük hüquqularına əsasən qəbul aparmayan məktəblər isə uzaq ərazidə olsa belə, valideyn ora müraciət edə bilər.
Valideyn yaşayış yerini dəyişənə qədər uyğun məktəblərə yerlər dolarsa, “gözləmə menyusu”na yazılmalı, və ya başqa məktəbə müraciət etməlidir.