Azedu.az

I sinifdən Rus bölməsində oxumaq istəyənlərin müsahibəsinə başlandı

1 Aprel 2019, 13:00
I sinifdən Rus bölməsində oxumaq istəyənlərin müsahibəsinə başlandı

Bu gündən digər dillərdə təhsil almaq istəyən azyaşlıların müsahibəsinə başlanır. AzEdu.az xəbər verir ki, Rus bölməsinə qəbul olunmaq istəyən uşaqlar şifahi nitq bacarıqlarının yoxlanması məqsədilə bu müsahibədə iştirak etməlidirlər.

Övladı müsahibədən məqbul alan valideynlər mayın 1-dən istədikləri məktəblərə elektron sistem vasitəsilə sorğu yerləşdirə biləcəklər. Mərhələnin təşkili məqsədilə müxtəlif məktəblərdə müsahibə mərkəzləri yaradılıb. 

Müsahibədən məqbul ala bilməyənlər isə məktəblərin Azərbaycan bölməsinə sorğu yerləşdirməli olacaqlar.

Müsahibələrin keçirilməsi Rus bölməsində daha hazırlıqlı, dil biliyi yüksək olan  uşaqların təhsilinə şərait yaratmaq məqsəilə keçirilir. Həmçinin rus bölməsinə Rus dili biliyi olmayanların qəbulunun qarşısı alacaq.

Qeyd edək ki, müsahibə yalnız şagirdlərin şifahi nitq bacarıqlarını yoxlamaq məqsədi daşıyır. Burada hər hansı bilik yönümlü sualdan söhbət gedə bilməz. Üstəlik, şagird azyaşlı olduğuna görə, müsahibədə valideyni ilə birgə iştirakına icazə verilir. 

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox