Azedu.az

Bir neçə övladı eyni ildə I sinfə gedəcək valideyn nə etməlidir?-Cavab

Məktəblər

1 Aprel 2019, 12:05
Bir neçə övladı eyni ildə I sinfə gedəcək valideyn nə etməlidir?-Cavab

I sinfə elektron sistem vasitəsilə qəbul davam edir. Sistem istifadəçini addımbaaddım izləsə də, valideynlərdə müxtəlid suallar yaranmaqda davam edir.

AzEdu.az ən çox verilən sualları cavablayır.

Sual:

Bu il 2 övladım I sinfə, 1-I isə məktəbəhazırlığa gedəcək. Nazirlikdə imtahan verməklə hər iki övladımı eyni ildə I sinfə qəbul etdirə bilərəm?Belə hal mümkündür?

Cavab:

Bunun üçün  hər hansı imtahana ehtiyac yoxdur. Elektron sistem hər valideynə ən çox 3 azyaşlını qeydiyyatdan keçirməyə icazə verir.

Yalnız şagird digər dillərdə təhsil almaq istədikdə onların şifahi nitq bacarıqları qiymətləndirilir. Buradaisə hər hansı bilik yönümlü sualdan, imtahan prosesindən  söhbət gedə bilməz. Yalnız azyaşlının ilkin ünsiyyət bacarıqlarını qiymətləndirmək üçün onunla ünsiyyət qurulacaq. Azyaşlıların psixologiyasını nəzərə alaraq müsahibədə valideyni ilə birgə iştirak etmələrinə icazə verilir.

Digər dillərdə təhsil almaq istəyən azyaşlıların müsahibəsinə aprelin 1-dən başlanıb. Övladı müsahibədən məqbul alan valideynlər isə mayın 1-dən istədikləri məktəblərə elektron sistem vasitəsilə sorğu yerləşdirə biləcəklər.

Bir övladın məktəbəhazırlıq qruplarına qəbul olunmasına gəldikdə isə, bu proses hələ başlamayıb. Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat yay aylarında başlanacaq.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox