Azedu.az

Yeni təyinat alan gənc direktor: “Yalnız bu yolla uğur qazana bilərik”

30 Mart 2019, 16:25
Yeni təyinat alan gənc direktor: “Yalnız bu yolla uğur qazana bilərik”

Direktorların işə qəbul imtahanında uğur qazanan namizədlərin bir qisminin də təyinatı bəlli oldu. Onlardan biri də Cavad Cavadlıdır.

AzEdu.az xəbər verir ki, Cavad müəllim müsabiqədə uğur qazanaraq Göyçay rayonu Potu kənd tam orta məktəbinə direktor təyin edilib.

O, artıq 15 ildir təhsil sahəsindədir. Pedaqoji fəaliyyətə Göyçay rayonu Qarayazı kənd tam orta məktəbində tarix müəllimi kimi başlayan Cavad müəllim 2011-ci ildən “Mədəd Azərbaycan”, “İTE Azərbaycan” əlavə təhsil mərkəzləri və TİPİİ-n təhsil üzrə layihələrində təlimçi fəaliyyəti göstərir.

Yeni təyinat alan direktorların təcrübəli həmkarlarından nə ilə fərqlənəcəkləri, fəaliyyətlərində hansı məqamlara diqqət edəcəkləri yəqin ki, çoxlarına maraqlıdır.

"Qısa vaxtı məktəb kollektivini tanımağa həsr edəcəm"

Cavad müəllim isə təyinat təəssüratlarını belə izah edib:

“Müsabiqənin çox obyektiv, şəffaf keçirilməsinin şahidi oldum. Təhsil nazirliyi mənə etimad göstərib bu vəzifəyə təyin edibsə, bu etimadı doğrultmalıyam. Bu, mənim əməllərimdə öz əksini tapacaq. Təhsil üçün faydalı fəaliyyət nümayiş etdirməyə, məktəbimizin ilk sıralarda olmasına çalışacam. Artıq tədris ilinin yekunlaşmasına az vaxt qalıb. Buna görə də hər hansı ciddi dəyişiklik haqqında düşünmürəm. Bu qısa vaxtı məktəb kollektivini tanımağa, valideynlərlə görüşüb onların da fikirlərini dinləməyə həsr etmək niyyətindəyəm. Çünki məktəb haqqında hələ geniş informasiyam yoxdur. Təhlil aparıb, yeni tədris ilinə hazırlaşmalıyıq. Yeni tədris ilindən isə fəaliyyətimizi müəyyən edib dəyişikliklər haqqında düşünmək olar”.

"Sağlam rəqabət mühitini formalaşdırsaq, uğur əldə edə bilərik”.

Direktor bildirib ki, ətrafındakıların məktəb haqqında düşüncələri onun üçün əsasdır. Çünki direktorların faəliyyəti kənar müşahidələr əsasında daha obyektiv qiymətləndirilir:

“Buna görə də daim valideynlərin fikirlərini dinləməli, onların məktəb fəaliyyətinə cəlb olunmasına çalışacam. Məktəb olaraq birlikdə fəaliyyət göstərməyə üstünlük verəcəyik. Yalnız bu yolla uğur qazana bilərik. Məktəb rəhbəri kollektivin fəaliyyətini qiymətləndirməyi bacarmalı, onlara dəstək olmalıdır. İstedadlı şagirdlərin aşkar edilməsi, onlarla işin təşkili, məktəblilərlə fərdi yanaşmanı təmin etmək, tədris prosesindən kənarda qalmamasına çalışmaq və s. fəaliyyətimin əsas istiqamətləri olacaq. Vaxtaşırı müsabiqələr keçirməklə məktəbi onların sevimli məkanına çevirəcəm. Məktəbdə sağlam rəqabət mühitini formalaşdırsaq, uğur əldə edə bilərik”.

Bəs, cavad müəllim həmkarlarlarının etdiyi hansı neqativlərə öz fəaliyyətinizdə onlara qətiyyən yol verməyəcək?

“Təlimçilik faliyyətim zamanı xeyli  müəllim  və direktorla təmasda olmuşam. Onların fəaliyyətinə qiymət vermək fikrində deyiləm, amma özüm üçün nəticələr çıxarmışam. Çalışacam ki, onların təhsil üçün faydalı hesab etdiyim yanaşmalarından öz fəaliyyətimdə istifadə edim, yanlışlarını isə təkrarlamayım. Çünki bizim faydalı və yanlış əməllərimız cəmiyyətin dünyagörüşünün formalaşmasına birbaşa təsir edir. Biz şəxsiyyət yetişdiririk. Onlar sabah bizim əməllərimizin güzgüsü olacaqlar. Elə şəxsiyyətlər yetişdirməliyik ki, sabah onlara baxanda fəxr edə bilək. Bu elə də asan iş deyil, amma çalışmalıyıq”.

Kurikulumun tətbiqi ilə bağlı hansı yeniliklərə şərait yaratması məsələsinə gəlincə isə direktor bildirib ki, hazırda kurikulum tətbiqində müəyyən çatşmazlıqlar var. Buna də görə məktəbdə infrastruktur və müəllimlərin pedaqoji bacarıqlarını inkişaf edirmək lazımdır.

Bəs, Cavad Cavadov bir zamanlar özü də müəllim kimi çalışdığına görə, direktor olarkən müəllimləri hansı mövzularda daha asan başa düşəcək?

“Həmişə müəllimlərin fikirlərini dinləyəcək onlara hörmətlə yanaşacam.İstənilən çətinlik çəkdikləri istiqamətdə onlara kömək edəcəm”.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox