Azedu.az

Fənn Olimpiadalarının yarımfinal mərhələsinin tarixi məlum oldu

29 Mart 2019, 12:43
Fənn Olimpiadalarının yarımfinal mərhələsinin tarixi məlum oldu

Respublika Fənn Olimpiadalarınının yarımfinal mərhələsi martın 31-i keçiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, olimpiada ölkəmizin 16 müxtəlif ümumi təhsil müəssisəsində baş tutacaq.

“Respublika Fənn Olimpiadalarının təşkili və keçirilməsi Qaydaları”na əsasən bu mərhələdə müvafiq fənn və sinif üzrə ən yaxşı nəticə göstərən 20 şagird və siyahı üzrə 20-ci şəxslə eyni bal yığan məktəbli final turuna vəsiqə qazanacaq.

Qeyd edək ki, Respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər rayon mərhələsinin nəticələrinə əsasən müəyyənləşdirilir. Rayon mərhələlərində hər fəndən sualların ən azı 60%-nədüzgün cavab vermək şərtilə, hər sinif üzrə ilk 3 yeri tutmuş şagirdlər  yarımfinalda iştirak hüququ qazanırlar. Gəncə və Sumqayıtdan hər sinif üzrə ilk 5, Bakıdan isə hər sinif üzrə ilk 20 yeri tutan şagird yarımfinalda iştirak hüququ  qazanır.

Bu mərhələnin yarımfinal turunda suallar münsiflər heyəti tərəfindən siniflər üzrə, məktəb proqramına uyğun tərtib edilir. Əvvəlki turla müqayisədə nisbətən çətinləşdirilmiş 10 qapalı test formatında hazırlanır. Şagirdlərə fəndən asılı olaraq 30-40 sual təqdim olunur və cavablandırmaq üçün 3 saat vaxt verilir.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox