Özbəkistanda müəllimlərin maaşı mütləq 1000 dollara qədər artacaq. AzEdu.az xəbər verir ki, bu vədi Özbəkistan Təhsil naziri Şerzod Şermatov verib. Nazirin sözlərinə görə, Özbəkistan Prezidenti Şövkət Mirziyayev müəllimlərin statusunun artırılmasına diqqət yetirir və dəfələrlə müəllimlərin maaşının 1000 dollara qədər artırılmasından bəhs edib:
“Biz müəllimlərin maaşı 1000 dollara çatmayana qədər dayanmayacağıq. Biz bu səviyyəyə mütləq çatacağıq”.