Müəllimlərin 70 faizi yeniliyi dəstəkləyir
Finlandiyanın məktəb təhsilində inqilabi islahatlar davam edir. 2020-ci ildə başa çatması gözlənilən yeniliklər çərçivəsində uzun illər ərzində tədris olunan ənənəvi fənlər yox olur, fizika, biologiya, tarix və s. kimi fənlərin yerinə uşaqları real həyata hazırlayan fənlərarası kurslar gəlir.
Ölkənin Təhsil Nazirliyində yeni təşəbbüsü belə izah edirlər ki, həyat dəyişir və onunla birlikdə uşaqların təhsilinə yanaşmanı da dəyişdirmək lazımdır. "Məktəblər var ki, orada 1900-cü illərin əvvəllərində yaxşı hesab olunan köhnədəbli dərslər keçilir. Lakin hazırda tələbat dəyişib və biz XXI əsr üçün yararlı olan nələrisə yaratmalıyıq",-deyə yenilik müəllifləri bildirir.
Yeni sistem məktəblilərə öyrənmək üçün sərbəst kursları seçməyə imkan verəcək. Məsələn, "Kafedə iş" kursu çərçivəsində yuxarı sinif şagirdləri iqtisadiyyatı, xarici dilləri, şəxsiyyətlərarası kommunikasiyaları və s. öyrənəcəklər.
Paytaxt Helsinkidə müəllimlərin 70%-dən çoxu yeni sistem üzrə işləmək arzusunda olduqlarını bildirib. (Azərbaycan müəllimi qəzeti)