I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən BakuPost-a verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.
Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat 3 aprel saat 10:00-dan 24 aprel saat 10:00-dək aparılacaq.