Azedu.az

\"Çovğun tətili\"nə  düşən summativ qiymətləndirmə nə zaman keçiriləcək? - Nazirlikdən cavab  

18 Yanvar 2019, 12:33
\

I yarımilin sonuncu KSQ-nin (Kiçik SummativQiymətləndirmə) jurnala hansı tarixə yazılması məktəb rəhbərliyi tərəfindən müəyyən edilməlidir.

Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd olunur ki, bu prosesi məktəblər özləri tənzimləməlidir.

Qeyd edək ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb.

Yeni təlimatlara əsasən, biryarimil ərzində müəllim ən azı 3 dəfə kiçik summativ qiymətləndirmə aparmalıdır. Şagirdlərin qış tətilinin yanvarın 27-si başladığını nəzərə alsaq, deməli,  jurnal 26-sına qədər yazılır və I yarimil 26-sı bağlanır. 

Belə olduğu halda,  müəllim buraxılış siniflərində həftədə 1 saat olan fənlərdən ayın 18-nə KSQ (kiçik summativ qiymətləndirmə) 25-nə BSQ (böyük summativ qiymətləndirmə) keçirilməlidir. Yanvarın  18-i dərs təxirə salındığından KSQ-nin keçirilməsi üçün uyğun vaxt problemi yaranır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox