Azedu.az

Dünya iqlimi üzrə kritik göstəricilər “qırmızı səviyyədə”dir

Maraqlı

30 Oktyabr 2025, 08:46
Dünya iqlimi üzrə kritik göstəricilər “qırmızı səviyyədə”dir

Dünya alimlərinin yeni araşdırması planetin ekoloji vəziyyəti ilə bağlı ciddi xəbərdarlıq edib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, 2024-cü il Yer kürəsində qeydə alınan ən isti il olub. Alimlər bildirirlər ki, son 125 min il ərzində planet bu qədər yüksək temperatur və iqlim dəyişiklikləri ilə üzləşməyib.

Tədqiqatda 34 əsas ekoloji göstərici təhlil edilib və onların 22-si kritik - “qırmızı səviyyə”yə çatıb. Bu göstəricilər arasında atmosferdəki karbon qazının miqdarı, buzlaqların ərimə sürəti, meşə yanğınlarının miqyası və okeanların istilik səviyyəsi kimi amillər yer alır.

Mütəxəssislər bildirirlər ki, artan iqlim riskləri yalnız təbii fəlakətləri deyil, həm də qida təhlükəsizliyi, sağlamlıq və təhsil kimi sahələrə təsir göstərməkdədir.

Alimlər hökumətləri və beynəlxalq təşkilatları bərpa olunan enerji, ekoloji təhsil və dayanıqlı iqtisadi modelə keçidi sürətləndirməyə çağırıblar.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox