Azedu.az

Bu həftəsonu Yer Günəşin tac dəliyi zonasında nə baş verəcək?

Maraqlı

18 Oktyabr 2025, 13:12
Bu həftəsonu Yer Günəşin tac dəliyi zonasında nə baş verəcək?

Artıq dörd aydır ki, Günəşdə tac dəliyi müşahidə olunur. Dəlik o qədər də böyük olmasa da, son bir ay ərzində xeyli genişlənib və bu həftəsonu - oktyabrın 18-19-da Yerin maqnit sahəsinə təsir göstərə bilər.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin sözlərinə görə, qarşıdakı iki gün ərzində Yerin maqnit sahəsinə məhz bu tac dəliyi təsir göstərəcək. Son bir neçə saatda Yer ətrafında plazma sıxlığının əhəmiyyətli dərəcədə artdığı bildirilir. Adətən bu, güclü günəş küləyi ərəfəsində baş verir. Mütəxəssislər hesab edirlər ki, günəş küləyi 24 saat ərzində Yerin orbitinə çatacaq.

Alimlər həmçinin xəbərdarlıq ediblər ki, maqnit sahəsindəki dəyişikliklərə həssas olan insanlar üçün narahatlığa əsas yoxdur. Tac dəliyi çox böyük olmadığı üçün təsiri zəif olacaq. Bununla belə, Günəşdəki partlayışların yaratdığı qütb parıltılarını görmək istəyənlər bu həftəsonu arzularını reallaşdıra bilərlər.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox