Azedu.az

Yeni üçlü dəmir əlavəsi anemiyanı müalicə edir

Maraqlı

18 Oktyabr 2025, 09:11
Yeni üçlü dəmir əlavəsi anemiyanı müalicə edir

Elm adamları dəmir çatışmazlığı anemiyasının müalicəsində yeni bir üsul hazırlayıblar. Bu üsul dəmir, prebiyotiklər və probiyotikləri birləşdirən “üçlü dəmir əlavəsi” adlanır.

AzEdu.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “ACS Applied Materials & Interfaces” jurnalında dərc edilib.

Adətən dəmir çatışmazlığı anemiyasının müalicəsində istifadə olunan dəmir tabletləri bədəndə tam sorulmur və bağırsaqda artıq dəmir qalaraq iltihaba səbəb ola bilər. Yeni hazırlanan üçlü əlavə isə bu problemi aradan qaldırır.

Hindistanlı tədqiqatçılar Poonam Sagar və Nitin Kumar Singhal rəhbərliyindəki komanda əlavəni darı (taxıl növü), “Lactobacillus rhamnosus” adlı probiotik bakteriya və dəmir kompleksi əsasında hazırlayıb. Siçanlar üzərində aparılan sınaqlarda bu əlavənin hemoqlobin səviyyələrini bərpa etdiyi, dəmirin orqanizm tərəfindən yaxşı mənimsənildiyi, bağırsaqda iltihab yaratmadığı, faydalı bakteriyaların balansını qoruduğu müəyyən edilib.

Tədqiqatçılar bildirirlər ki, bu yeni əlavə gələcəkdə dəmir çatışmazlığı anemiyasının daha təhlükəsiz və effektiv müalicəsi üçün ümidverici nəticələr göstərir.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox