Azedu.az

Nobel mükafatlı alimlərin çoxu doğma ölkəsində yaşamır

Maraqlı

12 Oktyabr 2025, 09:12
Nobel mükafatlı alimlərin çoxu doğma ölkəsində yaşamır

Son 20 ildə Nobel mükafatı alan alimlərin əksəriyyəti doğulduğu ölkədən kənarda fəaliyyət göstərir.

AzEdu.az xəbər verir ki, Nature elmi jurnalının təhlilinə əsasən, 2000-2025-ci illər arasında Nobel mükafatı laureatlarının 30 faizdən çoxu doğulduğu ölkəni tərk edərək, başqa bir ölkədə elmi fəaliyyət göstərib. Araşdırma göstərir ki, elmin qloballaşması ilə birlikdə beynəlxalq əməkdaşlıqlar və alimlərin sərhədləri aşan fəaliyyəti artmaqdadır.

Məlumata görə, ən çox elm adamı ABŞ, Böyük Britaniya və Almaniyada çalışır. Bu ölkələr yüksək səviyyəli tədqiqat infrastrukturu və maliyyə imkanları ilə xarakterizə olunur. Buna baxmayaraq, son illər Asiya ölkələrindən, xüsusilə Yaponiya, Çin və Sinqapurdan olan alimlərin də beynəlxalq elm mühitində payı artır.

Mütəxəssislər hesab edir ki, bu tendensiya elmin milli sərhədlərdən kənarda inkişaf etdiyini göstərir. Həmçinin, elmi potensialın formalaşması üçün alimlərin hərəkətliliyi və beynəlxalq elmi əməkdaşlıqların stimullaşdırılması vacib amil kimi qiymətləndirilir.

Nəşr həmçinin qeyd edir ki, Nobel mükafatlarının qlobal xarakter alması, müxtəlif ölkələrdən olan alimlərin birgə tədqiqatlar aparması elmin daha inklüziv və universal dəyərlər üzərində qurulduğunu təsdiqləyir.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox