Kvant texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq tədqiqatçılar qrupu, kvant hesablama sistemlərinin ən böyük texniki maneələrindən biri olan temperatur sabitliyini aşmaqda mühüm addım atıblar.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, İngiltərə və İsveçrə alimlərinin birgə apardıqları araşdırma nəticəsində otaq temperaturunda sabit işləyə bilən kvant prosessorunun prototipi hazırlanıb. Bu, kvant kompüterlərinin səmərəliliyini artırmaq və onların praktik tətbiqini genişləndirmək baxımından inqilabi addım hesab olunur.
Əvvəllər kvant sistemləri yalnız -273°C-yə yaxın temperaturda, yəni demək olar ki, mütləq sıfıra yaxın şəraitdə fəaliyyət göstərə bilirdi. Yeni texnologiya isə elektron spinlərinin istiliyə qarşı daha dayanıqlı idarə olunması prinsipi üzərində qurulub.
Tədqiqatçılar bildirirlər ki, bu nailiyyət sayəsində gələcəkdə kvant kompüterlərinin enerji sərfiyyatı azalacaq, daha yığcam və əlçatan modellərin istehsalı mümkün olacaq.