Azedu.az

İnsanın zəkasını gerilədən qidalar - nəyi bilməliyik?

Maraqlı

9 Oktyabr 2025, 17:26
İnsanın zəkasını gerilədən qidalar - nəyi bilməliyik?

Müasir tədqiqatlar göstərir ki, qidalanma yalnız fiziki sağlamlığımızı deyil, həm də zehni fəaliyyətimizi birbaşa təsir edir. Müxtəlif ölkələrdə aparılan araşdırmalar nəticəsində bəlli olub ki, bəzi qidaların davamlı istehlakı beyin funksiyalarını zəiflədə, yaddaş və konsentrasiya qabiliyyətini azalda bilər.

AzEdu.az-ın məlumatına görə, yüksək şəkərli içkilər, hazır fast-food məhsulları, işlənmiş qidalar və trans yağlar sinir hüceyrələrinin fəaliyyətinə mənfi təsir edir. Bu qidaların çox qəbulu diqqət dağınıqlığına, öyrənmə çətinliklərinə və informasiyanı yadda saxlama problemlərinə səbəb ola bilər.

Eyni zamanda, araşdırmalar sübut edir ki, düzgün qidalanma beyin fəaliyyətini qorumaq və inkişaf etdirmək üçün vacibdir. Beyin üçün faydalı qidalar arasında qoz-fındıq, yabanı giləmeyvə, avokado, tam taxıllar və yağlı balıq önə çıxır. Bu məhsullar sinir hüceyrələrinin sağlamlığını dəstəkləyir, yaddaş və diqqət funksiyalarını artırır.

Mütəxəssislər vurğulayır ki, xüsusilə məktəb və ali təhsil yaşında olan uşaqlar və gənclər qidalanmaya diqqət etməli, fast-food və yüksək şəkərli qidaların istehlakını minimuma endirməlidirlər. Sağlam qida vərdişləri yalnız fiziki deyil, zehni sağlamlıq üçün də uzunmüddətli fayda təmin edir.

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox