Azedu.az

Uşaqlarda epilepsiyanın diaqnozu üçün yeni AI aləti hazırlanıb

Maraqlı

2 Oktyabr 2025, 09:37
Uşaqlarda epilepsiyanın diaqnozu üçün yeni AI aləti hazırlanıb

Avstraliyanın Murdoch Uşaq Araşdırmaları İnstitutu (MCRI) və Royal Children’s Hospital alimləri epilepsiya diaqnostikasında böyük yeniliyə imza atıblar.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, onlar süni intellekt əsaslı diaqnostik vasitə hazırlayıblar ki, bu da ənənəvi tibbi görüntüləmə ilə görünməyən beyin lezyonlarını aşkarlaya bilir.

Yeni texnologiya sayəsində xüsusilə kontrol edilməyən epilepsiya xəstəliyinə malik uşaqlarda düzgün diaqnoz qoymaq və uğurlu müalicə tətbiq etmək mümkün olub. Artıq bəzi pasiyentlərdə – o cümlədən 11 yaşlı bir uşaqda – süni intellekt dəstəyi ilə aparılan diaqnostika müsbət nəticə verib.

Mütəxəssislər hesab edirlər ki, bu yenilik epilepsiyanın erkən aşkarlanması və daha effektiv müalicəsi üçün mühüm addımdır. Gələcəkdə bu üsulun beynəlxalq praktikaya daxil edilməsi nəzərdə tutulur.

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox