2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan "Clarivate Analytics“ şirkəti arasında bağlanan sazişə və elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı son illərdə həyata keçirilən tədbirlərə əsasən, demək olar ki, bu sahədə uğurlu nailiyyətlər əldə olunub.
Ölkəmizin ali təhsil müəssisələrinin “Web of Science®” elmi məlumat platformasına çıxışının təmin edilməsi artıq öz müsbət nəticələrini verməkdədir.
AzEdu.az “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ı 5 ilin hesabatını təqdim edir:
2015-ci ildə “Clarivate Analytics” şirkəti və Təhsil Nazirliyi arasında bağlanan sazişə əsasən, ölkəmizin ali təhsil müəssisələrinin “Web of Science” elmi məlumat platformasına çıxışı təmin edilib.
2017-ci ildə qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında isə son 4 ildə 68 faiz artım qeydə alınıb.
Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb.
2017-ci ildə nəşrlərin sayı 1160 olmaqla son 25 ilin ən yüksək göstəricisi qeydə alınıb, onların təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb.