Azedu.az

Günəşdə güclü partlayış baş verib

Maraqlı

28 Sentyabr 2025, 16:50
Günəşdə güclü partlayış baş verib

Sentyabrın 28-də Günəşdə güclü partlayış baş verib.

AzEdu.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Bildirilir ki, partlayış Moskva vaxtı ilə saat 11:40-də (Bakı vaxtı ilə saat 12:40 - red.) qeydə alınıb.

Patlayışın M6.4 səviyyəsində olduğu qeyd edilir.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox