Azedu.az

Kainatda görünməmiş gücdə qamma şüası qeydə alınıb

Maraqlı

10 Sentyabr 2025, 08:30
Kainatda görünməmiş gücdə qamma şüası qeydə alınıb

Alimlər kosmosda indiyədək müşahidə olunmamış gücdə qamma şüası partlayışı aşkarlayıblar. Bu hadisə kainatda baş verən ən enerjili və nadir kosmik proseslərdən biri kimi qiymətləndirilir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, qeyd edilən şüa partlayışı Yer kürəsindən milyardlarla işıq ili uzaqlıqda yerləşən qalaktikada baş verib. Qamma şüası fövqəlnova partlayışı və ya iki neytron ulduzunun toqquşması nəticəsində yaranmış ola bilər.

Mütəxəssislərin sözlərinə görə, hadisə zamanı ayrılan enerji Günəşin bütün ömrü boyu yaydığı enerjidən qat-qat çox olub. Bu kəşf, kainatda ulduzların təkamülü və qara dəliklərin yaranma mexanizmlərini daha dərindən öyrənmək üçün mühüm imkanlar açır.

Alimlər hesab edirlər ki, belə müşahidələr kosmik radiasiyanın təsirlərini, həmçinin Yer kürəsinin bu cür hadisələrdən qorunma mexanizmlərini araşdırmaq baxımından da xüsusi əhəmiyyət daşıyır.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox