NASA alimlərinin məlumatına görə, “2025 QV9” adlı asteroid sentyabrın 10-da Yerə yaxın məsafədən keçəcək. Təxminən 100 fut (30 metr) ölçüsündə olan göy cismi yüksək sürətlə hərəkət edir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, asteroidin trayektoriyası Yer üçün birbaşa təhlükə yaratmır. Lakin bu cür obyektlərin davamlı izlənməsi gələcəkdə mümkün risklərin qarşısını almaq baxımından böyük əhəmiyyət daşıyır.
Alimlərin sözlərinə görə, oxşar ölçüdə olan asteroidlər planetimiz üçün ciddi təhlükə yaratmasa da, onların tədqiqi kosmik müdafiə mexanizmlərinin inkişafında mühüm rol oynayır.