Alimlər ABŞ-nin şərq sahillərində, Massaçusets ştatının Cape Cod bölgəsi yaxınlığında dəniz dibində nəhəng yeraltı içməli su anbarı aşkar ediblər.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, bu kəşf su qıtlığının yaşandığı ölkələr üçün böyük ümidverici mənbə ola bilər. Çünki yeraltı su ehtiyatı okean suları ilə qarışmadan, təmiz şəkildə qorunur.
Araşdırmaçılar bildirirlər ki, sözügedən təbii su anbarı min illər boyu yağış suları və buzlaqların əriməsi nəticəsində formalaşıb. Lakin alimlər eyni zamanda xəbərdarlıq edirlər ki, bu ehtiyatdan istifadə zamanı ekologiyaya təsirlər nəzərə alınmalı və ehtiyatlı davranılmalıdır.
Mütəxəssislər hesab edirlər ki, bu kəşf gələcəkdə dünya üzrə su təminatında yeni strategiyaların hazırlanmasına təkan verə bilər.