Astronomlar “Oumuamua” kimi Günəş sisteminə kənardan daxil olan naməlum obyektlər üzərində araşdırmalarını davam etdirirlər.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, alimlər bu cür kosmik cisimlərin yalnız təbii deyil, həm də süni - texnoloji mənşəli ola biləcəyi ehtimalını istisna etmirlər.
Tədqiqatçılar qeyd edirlər ki, belə obyektlərdə “texnosignatura” adlanan süni izlər – yəni yadplanet sivilizasiyalarına məxsus ola biləcək texnoloji siqnallar axtarılır. Bu istiqamətdə aparılan müşahidələr “Oumuamua”nın təbiəti ilə bağlı uzun illərdir davam edən mübahisələrə də yeni baxış gətirə bilər.
Mütəxəssislərin fikrincə, əgər bu cür obyektlərdə qeyri-təbii işarələr aşkar edilərsə, bu, kosmosda həyatın və sivilizasiyaların mövcudluğu barədə ən mühüm sübutlardan biri olacaq.
Hazırda müxtəlif teleskoplar vasitəsilə həm yeni oxşar obyektlərin izlənməsi, həm də mövcud məlumatların təhlili həyata keçirilir.