Azedu.az

18 dərəcə isti olacaq - GÜNÜN HAVASI

Maraqlı

17 Aprel 2025, 08:41
18 dərəcə isti olacaq - GÜNÜN HAVASI

Bakıda və Abşeron yarımadasında aprelin 17-də arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. 

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata əsasən, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

 

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək

 

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox