Azedu.az

İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB

Maraqlı

29 Mart 2025, 17:02
İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB

İlin ilk Günəş tutulması hadisəsi başa çatıb. 

AzEdu.az xəbər verir ki, qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünüb.


10:08

Bu gün ilin ilk Günəş tutulması baş verəcək.

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib.

Bildirilib ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

KRİTİK AÇIQLAMA! Rusiya yeni işğallara başlayır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox