Azedu.az

Suyun dirildiyi gün - Novruzun ilk çərşənbəsi 

Maraqlı

25 Fevral 2025, 08:47
Suyun dirildiyi gün - Novruzun ilk çərşənbəsi 

Bu gün Novruzun ilk çərşənbəsidir.

AzEdu.az xatırladır ki, fevral ayının 25-i ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur.

Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir.

Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Fidanın Ukrayna mesajının şifrəsi – Daha dəhşətli olacaq…
Son xəbərlərDaha çox