Azedu.az

20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Maraqlı

22 Fevral 2025, 11:11
20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Bu gün Azərbaycanda saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağan qarda fasilə yaranıb. Yağan qarın hündürlüyü Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir. Havanın minimmal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə şaxtadır.

Balakən, Sarıbaş, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Naxçıvan, Şahbuz, Culfa, Gədəbəy, Göyçay, Beyləqan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Astarada qar davam edir.

Yağan qarın hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 80 sm, Qaxda (Sarıbaş) 55, Lerikdə 37 sm, Şəkidə 34, Oğuzda 22, Balakəndə 20, Qırızda 19, Kəlbəcər və Qəbələdə 18, Şamaxı, Daşkəsən, Şahbuzda 15, Şahdağda 16, Xaltan və Astarada 14, Naxçıvan, Laçın, Qubadlı, Altıağac, Göygöl, Gədəbəydə 12, İsmayıllıda 11 sm, Xınalıq, Kəlvəz, Şuşada 10, Qusar, Göyçayda 9, Yardımlıda 7, Xankəndi, Xocalı, Quba, Lənkəran və Zərdabda 6, Ağsu, Qobustan, Biləsuvarda 5, Tərtər, İmişlidə 4, Culfada 3, Füzulidə 2, Şərur, Kürdəmirdə 1 sm-dir.

Havanın minimmal temperaturu Aran rayonlarında 4, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 20 dərəcəyədək şaxtadır.

Yaranan fasilədən sonra 22-si axşamdan yenidən qarın yağması gözlənilir.

İranda Pezeşkian və türklər təhqir edildi
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox