Deyirlər kitablar- zaman dalğalarında üzən düşüncə gəmiləridir, hansı ki, dəyərləri nəsildən nəsilə ötürür.
AzEdu.az “Kitab çantası” rubrikasını davam etdirir.
Qeyd edək ki, rubrikanın məqsədi oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin seçdiyi kitablarla tanış etmək, onlara kitab oxumağı aşılamaqdır.
Oxumaq düşüncəni inkişaf etdirən və tezləşdirən əsas qaynaqlardan biridir.Bəzən dahi şəxslərə sual veriliblər: Əgər kimsəsiz adaya, getsəniz özünüzlə hansı kitabları götürərsiniz? Cavablar isə çox müxtəlif olub... Hər kəs özünün “Kitab çantasında” olacaq tamam başqa ədəbiyyatların adını çəkib, kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını deyib.
Rubrikamızın növbəti qonağı məşhur telejurnalist Afət Telmanqızıdır.
Görək , onun “kitab çantası”nda nə var:
1.Qurban Səid- “Əli və Nino”;
2.Ernest Heminquey- “Qoca və dəniz”;
3.Əlif Şəfəq- “Aşk”;
4.Ceyms Oldric- “Diplomat”;
5.Patrik Züskind – “Ətriyyatçı”;
6.Patrik Züskind- “Kontrabas”;
7.Xalid Hüseyni- “Çərpələng uçuran”;
8.Xalid Hüseyni- “Min möhtəşəm günəş”;
9.Lev Tolstoy- “Anna Karenina”;
10.Teodor Drayzer- “Dahi”.