Azedu.az

“Tarixdə bu gün” - 17 sentyabr necə yadda qalıb?

Maraqlı

17 Sentyabr 2024, 08:55
“Tarixdə bu gün” - 17 sentyabr necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

17 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

Sentyabrın 17-si Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür:

 

2019-cu ilin mayında Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyasında sentyabrın 17-si Ümumdünya Pasiyentlərin Təhlükəsizliyi Günü kimi təsis olunub.

 

Heç kəsə sirr deyil ki, insanlara tibbi yardım göstərmək çox vaxt seçilmiş müalicə metodundan asılı olmayaraq xəstənin müalicəsinin uğur dərəcəsi ilə xarakterizə olunan müəyyən risklərlə - cərrahi müdaxilə, dərman və s. ilə əlaqələndirilir. Müalicə uğurlu və ya uğursuz ola, xəstənin sağlamlığına mənfi təsir göstərə bilər. Həkimlərin diqqətini çəkən əsas məsələlərdən biri bu cür risklərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasıdır.

 

17 sentyabr 1942-ci il SSRİ Xalq Artisti, əfsanəvi Azərbaycan ifaçısı və bəstəkarı Müslüm Maqomayevin doğum günüdür:

 

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçib.

 

Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb.

 

1999-cu ilin 17 avqust tarixindә Türkiyәnin Mәrmәrә bölgәsindә 7.4 bal gücündә zәlzәlә qeydә alınıb:

 

Tәbii fәlakәt nәticәsindә 18 min 373 nәfәr hәlak olub, 48 min 901 nәfәr xәsarәt alıb, yüzminlәrlә adam evsiz qalıb. 245 mindәn çox tikiliyә ciddi ziyan dәyib.

 

17 sentyabr 1807-ci ildə Amerikalı mühəndis Robert Fultonun layihəsi əsasında hazırlanan buxarla işləyən ilk gəmi - "North River Steamboat" istifadəyə verilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox