Azedu.az

Xaçmazda ağır yol qəzası: 21 yaşlı gənc öldü

Maraqlı

15 Sentyabr 2024, 14:33
Xaçmazda ağır yol qəzası: 21 yaşlı gənc öldü

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az məlumat verir ki, hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü "Opel" markalı minik avtomobili ilə hərəkətdə olarkən  idarəetməni itirərək  nəqliyyat vasitəsini yolun kənarındaki səkiyə çırpıb.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü  Şəhriyar Məmmədov dünyasını dəyişib.

Avtomobildə olan digər şəxs, 2002-ci il təvəllüdlü Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

PROSES BAŞLADI - Rusiyaya dəhşətli zərbələr endiriləcək
Son xəbərlərDaha çox