Azedu.az

\"Azərbaycan müəllimi\" qəzeti yeniliklərlə ÇIXIŞ EDƏCƏK

5 Sentyabr 2024, 12:41
\

Ölkə təhsilinin aynası olan, təhsil ənənələrimizi yaşadan "Azərbaycan müəllimi" qəzetinin 90 yaşı tamam olur. Qəzetin ilk nömrəsi 1934-cü il sentyabrın 2-də "Qommunist məarifi" ("Kommunist maarifi") adı ilə nəşr olunub. Qəzet 1938-1941-ci illərdə "Müəllim qəzeti" 1946-cı ilin aprelindən bu günə kimi isə "Azərbaycan müəllimi" adı ilə fəaliyyət göstərir. “Azərbaycan müəllimi” qəzetinin hazırda baş redaktoru Savran İbrahimovdur.

 

AzEdu.az Təhsil Portalı olaraq qəzetin əməkdaşlarıyla əlaqə saxlayıb, “Azərbaycan müəllimi” qəzetinin yeni yaşında oxucularının qarşısına hansı yeniliklərlə çıxacağını, gələcək hədəflərinin nə olacağını öyrəndik.

 

"Azərbaycan müəllimi" qəzetinin əməkdaşı Ruhiyyə Daşsalahlı bildirdi ki, artıq qəzetə “Yeni nəfəs” gəlir:

 

“Biz bir müddətdir ki, yeniliklərə başlamışıq. Qəzetimiz təkcə qəzet olaraq deyil, eləcə də sayt kimi fəaliyyət göstərir. Saytımız hər gün yenilənən təhsil xəbərləri ilə oxucularının qarşısına çıxır.

 

Oxucularımız günü-gündən qəzetdə daha maraqlı müsahibələrlə, reportajlarla qarşılaşacaqlar. 90 illiyi münasibətilə qəzetdə maraqlı fotoreportajlar və videoreportajlar yer alacaq. Bundan əlavə də yeniliklər etməyi düşünürük. İnanırıq ki, onları da bir-bir reallaşdıra bilərik.  “Azərbaycan müəllimi” qəzetinin kollektivinə yeni əməkdaşların cəlb olunması da, onun yenilənməsində müstəsna rol oynayır”. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox