Azedu.az

“Tarixdə bu gün” - 30 avqust...

30 Avqust 2024, 09:11
“Tarixdə bu gün” - 30 avqust...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

30 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

30 avqust 1991-ci ildə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpası haqqında Deklarasiya qəbul edilib:

 

Eyni vaxtda “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti qərar çıxarıb.

 

30 avqust 1972-ci ildə Azərbaycan hərbçisi, Milli Qəhrəman Rövşən Əliyev anadan olub. 

 

 

30 avqust 1993-cü ildə Azərbaycan polkovniki, Milli Qəhrəman Sergey Murtuzəliyev şəhidlik zirvəsinə yüksəlib. 

 

30 Avqust Zəfər Bayramıdır:

 

Birinci Dünya Müharibəsinin sonunda Osmanlı Dövlətinin məğlub olmasına və ölkə ərazisinin xarici qüvvələr tərəfindən işğalına Yunanıstan ordusunun Anadolunu istila təşəbbüsü də əlavə olundu. Bundan sonra bir neçə il davam edəcək Qurtuluş Mübarizəsi başladı. Qurtuluş Savaşının son mərhələsi 30 avqust 1922-ci il tarixindəki Baş Komandanlıq Meydan Müharibəsi oldu. Bu müharibədəki  qələbə müstəqil Türkiyə Respublikasının qurulmasına imkan yaratdı. Müstəqilliyin təminatı olan Türkiyənin qəhrəman Ordusunun və Millətinin 30 Avqust Zəfər Bayramını təbrik edir, bu qələbənin qazanılmasında qanını, tərini qəhrəmanlıqla axıdan və bu gözəl vətəni Türk xalqına ərmağan edən ataları rəhmət və minnətdarlıqla yad edirik.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox