Azedu.az

“Tarixdə bu gün” - 29 avqust necə yadda qalıb?

29 Avqust 2024, 08:50
“Tarixdə bu gün” - 29 avqust necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

29 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

29 avqust Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür:

 

Çingiz Mustafayev Qarabağ müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapıb.

 

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. O, məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb. Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak olub. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

 

O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

29 avqust teleoperator Sirac Abışovun doğum günüdür:

 

Çingiz Mustafayevin hərbi jurnalistikadakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov isə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə çəkiliş apararaq tamaşaçılara təqdim edirdi. Sirac da həmkarı Çingizlə eyni taleni yaşayır, növbəti erməni təxribatının qurbanı olur.

 

Belə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çəkiliş aparmağa yollanır. 2021-ci il iyunun 4-də Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndinə gedən yolda ikən onların içərisində olduğu "KamAZ" markalı sərnişin avtomobili tank əleyhinə minaya düşür.

 

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

 

Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artisti Qurban Pirimov 29 avqust 1965-ci ildə vəfat edib.

 

29 avqust 2005-ci ildə Azərbaycanda İctimai Televiziya yayıma başlayıb:

 

Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox