Azedu.az

MİQ üzrə apellyasiya müraciətlərinin TARİXİ

27 Avqust 2024, 16:28
MİQ üzrə apellyasiya müraciətlərinin TARİXİ

Müəllimlərin işə qəbulu imtahanının müsahibə mərhələsinin  nəticələri məlum olub.

 

AzEdu.az xəbər verir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatacaq.



Qeyd edək ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.



Nəzərinizə çatdırırıq ki, yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix və müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox