Azedu.az

“Abituriyent” jurnalının 5 və 7-ci nömrələri “PDF” formatında satışda

Maraqlı

27 Avqust 2024, 12:37
     “Abituriyent” jurnalının 5 və 7-ci nömrələri “PDF” formatında satışda

“Abituriyent” jurnalının 5-ci nömrəsində orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, 7-ci nömrədə isə ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

 

Jurnalın elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

 

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox