Azedu.az

MİQ: Müsahibə mərhələsinə ümumilikdə 5740 namizəd dəvət edilib

Maraqlı

Müəllimlər və elm adamları

MİQ

23 Avqust 2024, 14:05
MİQ: Müsahibə mərhələsinə ümumilikdə 5740 namizəd dəvət edilib
Müəllimləri işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi yekunlaşdı.
 
 
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
 
Bildirilib ki, avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb. Avqustun 22-dək davam edən müsahibə mərhələsinə ümumilikdə 5740 namizəd dəvət olunub.
 
 
Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılıb.
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox