Ali məktəblərə qəbul imtahanının nəticələri elan olunub. Bu il ümumilikdə 82883 abituriyentin 55656 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Hər il olduğu kimi bu il də ixtisas qrupları üzrə boş plan yerlərinə yenidən qəbul keçiriləcək.
Bəs, görəsən, ixtisas qrupları üzrə nə qədər boş yer qalıb?
AzEdu.az xəbər verir ki, yerlərlə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu öz rəsmi hesabında paylaşım edib.
“Ekspert bildirib ki, I ixtisas qrupu üzrə 1630 yer, II ixtisas qrupu üzrə 387 yer. III ixtisas qrupu üzrə 590 yer. IV ixtisas qrupu üzrə isə 450 yer boş qalıb. Lakin V ixtisas qrupu üzrə boş yer yoxdur.
Bundan əlavə heç bir qrupda 150 ballıq ixtisaslarda boş yer qalmayıb. Blokdan 100 keçib, ümumi balı 200-dən çox olanlar 2 turda boş qalan yerlərdə kodlaşdırmada iştirak edə biləcəklər”.