Azedu.az

Tələbələrin transferi bu tarixdə yekunlaşacaq - RƏSMİ

Maraqlı

21 Avqust 2024, 11:29
Tələbələrin transferi bu tarixdə yekunlaşacaq - RƏSMİ

İyulun 25-dən etibarən 2024–2025-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanılıb.

 

Maraqlıdır, tələbələrin bir çoxunun şəxsi kabinetinə yekun cavab gəlsə də, bəziləri hələ də qəbul olub-olmadığından xəbərsizdir.  Bəs, bu prosesin yekuntarixi nə zamandır?

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, tələbələrin köçürülmə prosesi avqustun 31-nə qədər yekunlaşacaq:

 

“Tələbələr portalda qeydiyyatdan keçib, müraciət etdikdən sonra təhsil müəssisəsi onların sorğusuna uyğun cavabı göndərir. Müraciət dövrü bitdiyi gündən etibarən tələbələrin müraciətləri bir-bir cavabladırılıb. Artıq minlərlə tələbə təsdiq mesajı alıb. Onlar şəxsi kabinetə daxil olaraq müraciətin statusu ilə tanış ola bilərlər”,- deyə bildirilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox