Azedu.az

Abituriyent valideynlərinə ÇAĞIRIŞ: Onların sağlamlığı hər şeydən önəmlidir!

Maraqlı

20 Avqust 2024, 15:01
Abituriyent valideynlərinə ÇAĞIRIŞ: Onların sağlamlığı hər şeydən önəmlidir!

Ali məktəblərə ixtisas seçimi prosesi başa çatdı. Artıq nəticələrin elan olunmasına günlər, bəlkə də saatlar qalıb… Bu dönəmdə abituriyentlər, eləcə də onların valideynləri ən həyəcanlı anlarını yaşayırlar. Təəssüf ki, valideyn qorxusu, “qəbul olmasam nə edəcəm” düşüncələri hələ də abituriyentləri sıxan mövzulardandır.

 

Bu günlərdə abituriyent və valideynlər nə etməlidirlər?

 

Mövzu ilə əlaqədar pedaqoq Aysel Rəsulzadə AzEdu.az-a açıqlama verib.

 

“Bu günlərdə abituriyentlər və onların valideynləri həyəcan dolu anlar yaşayırlar. Çünki illərdir çəkilən zəhmətin nəticəsini günlər, bəlkə də saatlar sonra görəcəklər. Abituriyentlərin yaşadığı həyəcan çox normaldır. Çünki bu gün gözəl nəticə almaq üçün onlar illərdir zəhmət çəkirlər. Amma hər bir abituriyent imtahan nəticəsindən asılı olmayaraq həyatın sonu olmadığını, imtahanın müəyyən məqsədləri həyata keçirmək üçün bir fürsət olduğunu bilməlidir. Nə xoş ki, bu fürsəti həyat bizə bir dəfə deyil, dəfələrlə verir. Vacib olan itirdiklərimizi deyil, itirərkən belə nələr qazandıqlarımıza daha çox fikrimizi yönləndirməyimizdir. Həm zaman o qədər sürətlə keçir ki, aylar sonra biz daha da yaxşı çalışaraq o məqsədimizə nail ola bilərik.

 

Bu mərhələdə abituriyentlər qədər, onların valideynləri də gərgin və stressli günlər keçirirlər. Çünki onlar da ən az övladları qədər aylardır əmək sərf edirlər, amma unutmamalıyıq ki, imtahanın nəticəsindən daha çox övladımızın sağlamlığı bizlər üçün önəmlidir. Göz qırpımında keçən bir ildən sonra biz imtahanın nəticəsini yaxşıya doğru dəyişməyimiz, əlimizdən alınan sağlamlığı illərlə geri qaytarmağımızdan daha asan olar, deyilmi!? Bəli, çünki imtahan qorxusu və həyəcanı bir çox psixoloji problemlərin yaranması ilə bərabər, orqanizmin bir çox xəstəliklərin yaranmasına da yol aça bilər.

 

Odur ki, həm abituriyentlər, həm də valideynləri yaşadıqları bu dönəmi pozitivə köklənmək və etdikləri yanlışlara naxış vurmaqla gələcəkdə geriyə baxaraq onlar üçün xoş duyğular yaşadacaq ən gözəl xatirələri hazırlamaqla rahat və sağlam formada keçirməyə çalışmalıdırlar”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox