İxtisas seçiminin bitməsinə sayılı günlər qalıb. Artıq bir 61 mindən çox namizəd seçimini təsdiqləyib. Ancaq hər il ixtisas seçimi zamanı bir sıra şayiələr yayılır.
AzEdu.az ixtisas seçimində doğru bilənən yanlışlara nəzər salır:
“İxtisas seçimini tez edək, yoxsa yerlər dolacaq”;
“Seçim zamanı filan universiteti yazmayaq, yoxsa uşağı qəsdən oraya daxil edəcəklər”;
“Özəl universitetin diplomu tanınmır”;
“Özəl universitet məzunu olmuş adamlara iş vermirlər”;
“Seçimi 100 bal aşağı, 100 bal yuxarı etsək bəs edər”;
“Filan universitetin reytinqi yaxşıdır, ixtisas pis olsa da olar. Əsas odur orada oxuyum”;
“İxtisasın qarşısında “—” qoyulub, çünki orada heç vaxt dövlət sifarişli yer olmur”.
Əziz, valideynlər və abituriyentlər bu kimi şayiələrə inanmayın! Bunların heç biri həqiqəti əks etdirmir.