Azedu.az

Naxçıvanda ilk dəfə MİQ üzrə müsahibələr keçirilir

Maraqlı

14 Avqust 2024, 10:15
Naxçıvanda ilk dəfə MİQ üzrə müsahibələr keçirilir

Naxçıvanda ilkdəfə olaraq Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

 

AzEdu.az xəbər verir ki, avqustun 14-dən Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən Müəllimlərin İşə Qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

 

Qeyd edək ki, 3 gün davam edəcək müsahibə mərhələsində vakant yerlərin seçimində iştirak edən 145 namizəd iştirak edəcək.

 

Məlumat üçün bildirək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

 

 Namizədlərə uğurlar arzulayırıq. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox